“Dünya Azərbaycanlılarının III Qurultayına hazırlıq işləri artıq başa çatmaq üzrədir”-AÇIQLAMA
Xəbər verdiyimiz kimi, iyulun 5-də Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək. Artıq Dünya Azərbaycanlılarının III Qurultayına hazırlıq işləri başa çatmaq üzrədir. Bu barədə SİA-ya açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov məlumat verib. O bildirib ki, yaxın günlərdə bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Onun sözlərinə görə, qurultayın işində əsas etibarı ilə 2006-cı ildə dünya azərbaycanlıların II qurultayından sonra görülən işlər barədə hesabat, II qurultaydan sonra qarşıya qoyulan məqsəd və vəzifələrə nə dərəcədə nail olunması, reallaşması barədə məlumat veriləcək.
"Bundan əlavə, qurultay çərçivəsində gələcək işlər və perspektiv nəticələr müzakirə olunacaq, qərarlar qəbul olunacaq. Dünya Azərbaycanlıların II Qurultayında bir neçə sənədin də imzalanması gözlənilir".
Tədbirdə iştirak edəcək qonaqların sayına gəlincə, B.Nəzərov bildirib ki, 2000-ci ildə keçirilən I qurultayında 36 ölkədən nümayəndələr iştirak edib. Onun sözlərinə görə, onların 406-sı nümayəndə, 63-ü isə qonaq idi: "2006-cı ilin II qurultayında artıq 49 ölkədən 393 nümayəndə və 388 qonaq iştirak edib. İyulun 5-də keçiriləcək III qurultayda da təxminən eyni rəqəmdə nümayəndə və qonaq iştirak edəcək. Hazırda qonaqların sayı dəqiqləşdirilir və bu barədə də yaxın vaxtlar məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB