Moskvada \"Dadaş Novxaninski\" saxlanılıb

Moskvada \"Dadaş Novxaninski\" saxlanılıb

Rusiyanın paytaxtı Moskva şəhərində 38 yaşlı azərbaycanlı \"qanuni oğru\" saxlanılıb. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Rusiyanın \"Praym-kraym" qəzeti yazıb. Belə ki, Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları kriminal aləmdə daha çox "Dadaş Novxaninski" ləqəbli Dadaş İbrahimovun üzərindən 2,84 qr heroin aşkar edərək müsadirə ediblər. Dadaş İbrahimovun günahı sübuta yetiriləcəyi təqdirdə o, 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Bakıda anadan olmuş Dadaş İbrahimova "qanuni oğru" adı 27 yaşında verilib. O ilk və yeganə məhkumluğunu 2002-ci ildə alıb. Məhkəmə Dadaş İbrahimovu 1,5 il azadlıqdan məhrum edib. Hazırda "Dadaş Novxaninski" altı nüfuzlu azərbaycanlı "qanuni oğru"dan biri sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə