Məleykə Abbaszadə: \"70 yaşdan yuxarı şəxslər imtahanda özlərini reklam etmək üçün iştirak edirlər\"
Bu il ali məktəblərə müsabiqədənkənar qəbul olmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təxminən 80 nəfər idman olimpiadasının qalibi müraciət edib. SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, onların ərizələri Gənclər və İdman Nazirliyi ilə birgə araşdırılacaq və nə dərəcədə düzgün olduğu müəyyən olunacaq.
Onun sözlərinə görə, müsabiqədənkənar qəbul üçün 1 nəfər biologiya fənni üzrə dünya fənn olimpiadasının qalibi sənəd verib: "Həmin abituriyent ərizəsi araşdırılaraq təsdiqlənib və o, ali məktəbə biologiya ixtisası üzrə müsabiqədənkənar qəbul oluna bilər. Lakin həmin abituriyent tibb ixtisası üzrə qəbul olmaq, həm də ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyir\", - M.Abbaszadə deyib.
İncəsənət sahəsi üzrə də bir neçə nəfərin müraciət etdiyini deyən TQDK sədri hazırda onların sənədlərinin araşdırıldığını söyləyib.
TQDK sədri builki qəbul imtahanlarında iştirak edən abituriyentlərin yaş göstəricilərinə dair bəzi məlumatları söyləyib. M.Abbaszadə bildirib ki, builki abituriyentlərin əsas hissəsini həm bu ilin, həm də keçən ilin məzunları olan 18 yaşlı abituriyentlər təşkil edir: "Bu il abituriyentlərin ümumi strukturunda 18-25 yaş arası olan şəxslərin də payı çoxalıb: "Bu, çox yaxşıdır. Onların arasında daha çox oğlanlar üstünlük təşkil edir. Bu da onu göstərir ki, hərbi xidmətdən qayıdan oğlanların ali təhsil almağa meyli artır. 25-35 yaşlı abituriyentlərin əksəriyyəti ikinci ixtisas alma və ixtisaslarını dəyişmək üçün ali məktəblərə sənəd veriblər. Abituriyentlərin arasında 50 yaşdan yuxarı abituriyentlər də var: "Keçən il sənəd verənlərin arasında hətta 70 yaşda olan insan da var idi. Lakin mən həmin şəxslərlə bağlı məlumatları açıqlamayacağam. Çünki həmin şəxslər sonradan bu məlumatları özlərini reklam etmək üçün istifadə edirlər. Axı bu, şou deyil, imtahandır".
Abituriyentlərin istəyinə gəlincə, M.Abbaszadə qeyd edib ki, qızların böyük əksəriyyəti humanitar və tibb ixtisaslarına üstünlük verir. Onun sözlərinə görə, yaxn gələcəkdə onların sayı azalacaq və digər ixtisaslara da maraq artacaq: \"Artıq rezidenturaya qəbul imtahanları da TQDK tərəfindən təşkil olunacaq. Əgər abituriyentlər yüksək ixtisaslaşmış mütəxəssis olmaq istəyirlərsə, onlar ən azı 9 il oxumalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB