Zeyno Baran Brayza Azərbaycanda qadınlar üçün məktəb və peşə kursları açacaq- FOTO

Zeyno Baran Brayza Azərbaycanda qadınlar üçün məktəb və peşə kursları açacaq- FOTO

Qadın Parlamenti Azərbaycanda Qadın parlamentinin üzvləri üçün növbəti tematik sessiyalarını keçirib. SİA-nın xəbərinə görə, 3 gün davam edən sessiya 3 tematik bloku strateji və ünsiyyət cəhətdən gücləndirilmə mövzusuna həsr edilib.

Təlimləri Avrasiya Siyasəti Mərkəzinin keçmiş direktoru Zeyno Baran Brayza, İngiltərənin Azərbaycanda Səfiri KarolinBraun, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev, Bilgi Universitetinin "Avropa Birliyi, İnteqrasiya və QHT-lər" kurs məzunu Əyləm Dursun,"Vətəndaş Cəmiyyətində Debat" İB-nin təlim üzrə meneceri Nərgiz Seyidzadə, "Vətəndaş Cəmiyyətində Debat" İB-nin icraçı direktoru Şahin Seyidzadə,"Vətəndaş Cəmiyyətində Debat" İB-nin icraçı direktorunun müavini Seymur Hüseynov və Xəzər Universitəsinin rektoru Hamlet İsaxanlı keçib.

Özünü Gücləndirmə Prinsiplərindən təlim verən Zeyno Baran Brayza qadınlarin gücləndirilməsi haqqında sessiya təqdim edib. O, qadının lider olması üçün özünə inamın vacib faktor olduğunu vurgulayıb .Xanım Brayza qeyd edib ki, Azərbaycanda qadınların bu sahədə inkişaf etməsi üçün əlindən gələni etməyə hazirdır: "Azərbaycanda qadınlar üçün məktəb və peşə kursları açmaq niyyətindəyəm. Eyni zamanda, qızların təhsil alması üçünonların ailələrinə maddi yardım göstərəcəyikki, ailələri qızlarını məktəbə göndərsinlər. Bu sahədə bizə yardımçı olmaq üçün həmçinin,Türkiyədə "Baba beni okula göndər" kompaniyasının qurucuları da Bakıya gələcəklər. Onlar burada da, belə kompaniya təşkil edəcəklər"-,deyə bildirib. Xanım Brayza qadınların güclənməsində ən önəmli faktorun şəbəkələşmə olduğunu da xüsusi qeyd edib.

Təqdimat Formaları, Bacarıqları və Tövsiyələrindən şifahi təlim verən Karolin Braun təqdimetmə bacarıqlarından danışıb. Xanım Braun "Düzgün təqdimetmə bacarığı necə olmalıdır"sualını cavablandırıb. O, özünün ilk təqdimatı zamanı keçirdiyi hisslər və aldığı təəssüratları Qadın Parlamentinin üzvləriylə bölüşüb.

Vəkilliyin Prinsipləri, Strategiyaları, Yanaşmaları sessiyasını təqdim edən Rövşən Ağayev vəkilliyintəşkili qaydasını açıqlayıb.Eyni zamanda, R.Ağayev vəkillik strategiyasının qurulması, uğurlu nəticə əldə etmək üçün lazım olan vacib yanaşma və qaydaları izah edib.

Ünsiyyətin Modelləri, Məqsədləri və Alətləri sessiyasını keçirən Nərgiz Seyidzadə ünsiyyət bacarığı haqqında məlumat verib. O,ünsiyyət zamanı yaranan problemləri nümunə gətirərək, ideal ünsiyyət qurmaq üçün lazımi prinsipləri Qadın Parlamentinin üzvlərinə izah edib.

Ritorikanın Strategiyaları və Bacarıqları sessiyasını aparıcısı Şahin Seyidzadə natiqlik bacarığı haqqında təqdimat edib. Uğurlu nitqə sahib olmanın 4vacib amilindən danışan Ş.Seyidzadə inandirici kommunikasiya üsullarını dinləyicilərin diqqətinə çatdırıb.

Dialektika, Eristika və Rabulistikanın Formaları, Üslubları, Strategiyaları və Bacarıqları sessiyasını aparan Seymur Hüseynov debatın prinsiplərindəndanışıb.

Sessiyada digər təlimçilər Əyləm Dursun "Lobbiçiliyin Strategiyaları və Bacarıqları", Hamlet İsaxanlı isə "Sual və Cavab Sənəti" haqqında Qadın Parlamentinin üzvlərinə təlim keçib.

Xatırladaq ki,Qadın Parlamenti Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) BMT-nin Demokratiya Fondunun maliyyə dəstəyi ilə yaradılıb. Parlament Azərbaycanda qadın hüquqları və gender bərabərliyi vəziyyətinin araşdırılması, təhlili, təkminləşdirilməsi və inkişafı məqsədilə yaradılan və Azərbaycanın müxtəlif sahələri və çoxsaylı mövzular üzrə çalışan ölkənin tanınmış 25 qadınından ibarət bir qurumdur.

Qeyd edək ki, Qadın Parlamentinin rəsmi mandatı və ya statusu yoxdur. O, RİQC-in nəzdində fəaliyyət göstərən, qeyri-partiya formatında işləyən və rəmzi xarakter daşıyan bir qurumdur. Qadın Parlamentinin işi "Bərabərlik Haqqa Bərabərdir: Qadınlara Bərabərlik!" şüarı altında aparılır.

Qadın Parlamentinin işi əsasən ölkədə qadın hüquqları və gender bərabərliyi sahəsində mövcud olan vəziyyətinin öyrənilməsi, problemlərin aşkarlanması, həll yollarının araşdırılmasına, aşkarlanan nəticələrin bütün səviyyələrdə diqqətə cəlb edilməsi, müzakirəsi və həll olunması istiqamətində addımların atılmasına, yerli və beynəlxalq təşkilatların müsbət təcrübəsindən istifadə edərkən yeni mexanizmlərin tətbiq edilməsinə xidmət etməkdir.

Layihə müddətində mütəmadi plenar sessiyalar, silsilə tematik sessiyalar təşkil olunur. Layihənin gözlənilən nəticələrindən ayrı-ayrı sektorlara və qurumlara, o cümlədən Milli Məclisə və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyələrin, həmçinin BMT-nin Qadınlara Qarşı Ayrıseçkiliyin Ləğv Edilməsi üzrə Komitəsinə (CEDAW) hesabatın hazırlanması daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə