"Bəs Qarabağ?!"

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və qərb demokratik dəyərlərinin əsas təbliğatçılarından biri kimi fəaliyyət göstərir. Əsas missiyası qərb vətəndaş cəmiyyəti modelinin və dəyərlərinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır,

SİA-nın xəbərinə görə, AGAT 10 iyun, 2011-cu il tarixində, saat 15:00-da Gənclər Fəaliyyətinə Dəstək Mərkəzində (Əliyarbəyov 14,mənzil 10 (Fəwarələr meydanının yanı) uBəs Qarabağ?!" adlı tarixi-elmi gənclər müsabiqəsinin seçim turunu keçirəcək. Nəzərinizə çatdıraq ki, seçim turunda iştirak edəcək gənclər universitetlərdə keçirilən təqdimatlar, mətbuat və sosial şəbəkələr vasitəsilə müraciət əsasındadır.

AGAT-ın müsabiqəni keçirməkdə məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı biliklərin artırılması, məqalələri oxuyacaq hər bir xarici vətəndaşın Qarabağın Azərbaycan Respublikasının əzəli torpağı olmasına inandırmaq; regionun avrointeqrasiya proseslərindən kənarda qalmasının və bunun beynəlxalq hüquq normalarına zidd olmasının sübuta yetirilməsi ilə bağlı təbliğat işlərinin aparılmasıdır.

Qeyd edək ki, məqalələr sonda toplu halında çap edilərək Avropada ölkəmizi təmsil edən gənclərə payalanılacaqdır.

Seçim turunda AGAT sədri Gülsel Səfərova, beynəlxalq ekspert Günel Səfərova, Azərbaycan Milli Elmlər Akademiyasının alimi Adil Əsədov və politoloq Nicat Məmmədli münsiflər heyəti qismində iştirak edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə