Bu gün “RESURS” Gənclərin İnkişafı İctimai Birliyi Milli Qurtuluş gününə həsr olunmuş konfrans keçirib

Bu gün “RESURS” Gənclərin İnkişafı İctimai Birliyi Milli Qurtuluş gününə həsr olunmuş konfrans keçirib

Bu gün "RESURS" Gənclərin İnkişafı İctimai Birliyi Milli Qurtuluş gününə həsr olunmuş konfrans keçirib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, qeyri-hökümət təşkilatlarının rəhbərləri, "RESURS"Gənclər təşkilatının sədri Samir Mehdizadə və KİV nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan "RESURS"Gənclər təşkilatının sədri Samir Mehdizadə tədbir haqqında danışıb. Onun sözlərinə görə, məqsədimiz müasir Azərbaycanı daha da genişləndirmək. "Azərbaycanın müstəqilliyi üçün çalışan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün çox işlər görüb. H.Əliyev əvəzsiz bir insan olub".


Tədbirdə söz alan millət vəkili Elmira Axundova Heydər Əliyevin keçdiyi həyat yolundan, siyasi fəaliyyətindən, gördüyü işlərdən danışıb. Onun söylədiyinə görə, ulu öndər Heydər Əliyev Azərbaycanda və Naxçıvanda baş verən hadisələrə görə, çox narahat idi. "Naxçıvanda baş verənləri ancaq Heydər Əliyev həll edə bilərdi. Naxçıvanı itirməklə üz-üzə durmuşduq. Bu insanda qorxu hissi yox idi. O, heç vaxt hakimiyyətə can atmayıb. Hakimiyyət ona can atırdı".


Qeyd edək ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti haqqında müzakirələr keçirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə