DSMF və İsveçin Sosial Sığorta Agentliyi arasında gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdirilib - FOTO
İyunun 9-da Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbərliyi və Azərbaycanda səfərdə olan İsveç Krallığının Sosial Sığorta Agentliyinin Baş direktoru xanım Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər qoyublar.
SİA-nın xəbərinə görə, daha sonra DSMF-də nümayəndə heyəti ilə görüş keçirilib. Fondun sədri Səlim Müslümov qonaqları salamlayaraq iki ölkənin sığorta-pensiya orqanlarının Beynəlxalq Sosial Təminat Assosiasiyası çərçivəsində əməkdaşlıq etdiklərini, bu əməkdaşlığın ikitərərfli müstəvidə dərinləşməsinin zəruri olduğunu bildirib. S.Müslümov qonaqlara Azərbaycanın sığorta-pensiya sistemi barədə də ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycanda 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Sığorta-pensiya modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir.
A.Lender Azərbaycana ilk dəfədir səfər etdiyini önə çəkərək, ölkəmizin sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun DSMF ilə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, sığorta-pensiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini İsveç və Azərbaycan tərəfi artıq bir neçə ildir müzakirə edir: "Azərbaycanın sığorta-pensiya sahəsində qıza zaman kəsiyində inkişaf etməsi bizim marağımızdadır. Azərbaycan sığorta-pensiya sistemində islahatlara, bizim kimi ölkələrlə müqayisədə gec başlasa da, uğurlu nəticələr əldə edib. Bu baxımdan Azərbaycanın təcrübəsi bizim üçün mühüm əhəmiyyət kəsb edir".
Görüşdə DSMF və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdirilib. Fondda nümayəndə heyəti ilə görüşdən sonra İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən xüsusi təqdimatla çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



