Yaxın zamanlarda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin infrastrukturu genişləndiirləcək. SİA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan Haqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Faiq Qurbanov məlumat verib. O bildirib ki, bu gün Azərbaycanda bir tərbiyə müəssisəsi fəaliyyət göstərir və gələcəkdə ediləcək dəyişiklərə əsasən yeni tərbiyə müəssisəsi inşa olunacaq. Onun sözlərinə görə, bu müəssisədə müasir tələblərə cavab verən bütün məsələlər öz əksini tapacaq.
"Hazırda yeniyetmələrin tərbiyə müəssiələrində qızlar saxlanılmır. Oğlanlar üçün nəzərdə tutulan limit isə 100 nəfərdir. Bu limit bir neçə ildir ki, dolmur və durum bizi sevindirir. Düşünürük ki, uşaqları tərbiyə müəssisələrinə göndərmədən öncə onlarla bağlı cəza növləri tətbiq olunmalıdır. Yeni müəssisə istifadəyə veriləndə bu normalar aradan qaldırılacaq. Bu müəssisədə yeniyetmələrin idmanla məşğul olması, təhsil alması, bir sözlə mənəvi və psixoloji cəhətdən cəmiyyətə hazır olmaları üçün hər bir şərait yaradılacaq",- deyə o əlavə edib.
Nazirlik rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda yetkinlik yaşına çatmayanlarla bağlı məhkəmələrin sayı ümumi statistikanın az bir faizini təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB