Bugün hava necə olacaq?
Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Bakıda gecə 19-21°, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə