“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Qaxda keçirilib- FOTOSESSİYA
Milli Şuranın "Vətəni tanı" Ümumrespublika Kampaniyası Azərbaycanın inzibati ərazi vahidlərində seçim turlarını davam etdirir. SİA-nın məlumatına görə, Qax rayonunda da seçim turu baş tutub. Tədbirin açılış mərasimində Milli Şuranın İdarə Heyətinin üzvü Heydər Atayev, Qax rayon İcra hakimiyyətinin başçısının müavini Ziyafət Xasıyeva, Rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev, təhsil şöbəsinin metodistləri, müəllimlər iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, "Vətəni tanı" Ümumrespublika Kampaniyası ölkəmizin tanıdılması, gənclərimiz arasında vətənpərvərlik, təhsil səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir.150-də çox Qaxlı gənc vətəni necə tanıdıqlarını nümayiş etdirdilər. İstər elektron, istərsə də keçməcəli xəritə gənclərdə maraq doğurub. Gənclər bildiriblər ki, bu cür layihələrin keçirilməsi onların bilik və bacarıqlarının möhkəmlənməsində müstəsna rol oynayır.
Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB