Dünya Gənclər Bankının rəhbəri BMT-nin konfransına qatılacaq

Dünya Gənclər Bankının rəhbəri BMT-nin konfransına qatılacaq

"Dünya Gənclər Bankı Şəbəkəsi" (WYBN) MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli Cenevrədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Ticarət Komitəsinin konfransında iştirak edəcək.

Bankın ofisindən SİA-ya verilən məlumata görə, 13-14 iyunda keçiriləcək konfransda BMT üzvü olan ölkələrin 2011-2013-cü illər üçün inkişaf prioritetlər müəyyənləşəcəkdir. Bundan əlavə, iyunun 14-də "Cənubi Qafqaz və Qərbi MDB dövlətlərinin iqtisadi inkişafı, nailiyyətləri və çağırışları" mövzusunda sessiya keçiriləcəkdir. Həmin sessiya zamanı ölkələrin iqtisadi inkişafı üçün lazımı elementlər və problemlər müzakirə olunacaqdır. İki günlük konfrans zamanı Ticarət Komitəsinə ölkələr üzrə, eyni zamanda Azərbaycan üzrə də nümayəndələrin seçilməsi gözlənilir.

Qeyd edək ki, konfransda BMT üzvü olan ölkələrin hökümə üzvləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə