Mütləqə İnam Ocağı Şəmkirdə- Ocaq Evladı Yolnur Atalının evində Evladlığa qəbul törəni keçirib. Bu barədə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının yükümlüsü İşıqlı Atalı bildirib. Tədbirdə Ocaqçılar, şəmkirli Ocaqsevərlər iştirak ediblər.
İşıqlı Atalı: "Ocağımızın xəlqi soraqları artdıqca Evlad olmaq istəyənlər də artmaqdadır"
SİA-nın məlumatına görə, tədbiri Mütləqə İnam Ocağının yükümlüsü İşıqlı Atalı açıb, öncə Atanın adına səcdə edib, bayrağı öpüb: "Ürəyinizdə Ata günəşi olsun, əziz şəmkirlilər!Biz dəfələrlə Şəmkirdə olmuş, müxtəlif Ocaq tədbirlərini gerçəkləşdirmişik.
Ocağımızın xəlqi soraqları artdıqcaevlad olmaq istəyənlər də artmaqdadır. Adətənevladlığa qəbul törəni İnam Evindəruhanibaşçının uğurlaması (xeyir-duası) ilə keçirilir. Bu dəfə isə belə bir tədbiri ilk dəfə olaraq İnam Evindən qıraqda keçirməyi qərara aldıq. Yolnur Atalının evi Ocaq ruhlu bir məkandır. İndievladlığa qəbulla bağlı uğurlamanıruhanibaşçımızdan eşidəcəyik."
Safruh Atalı: "Türk xalqı özünün tarixində ilk dəfə olaraq Ruhaniyyat Ocağı yaradıb"
Ruhanibaşçı Safruh da Atanın adına səcdə edib,bayrağı öpüb: "Türk xalqı özünün tarixində ilk dəfə olaraq Ruhaniyyat Ocağı yaradıb. Hər bir soydaşımız bu məsələyə ciddi baxmalıdır. Ocağaevlad olmaq istəyən ənənəvi cəmiyyətdən heç olmasa, bir addım yüksəyə qalxandır. Belə kəslərə ruhani ad verilməlidir. Onlar üçün Ocaq adı sanki həyat proqramıdır".
Şərqlı: "Ocaqdan başqa çıxış yolu görmədim"
Ocağa evlad olmaq istəyən Könül Yolnurqızı Atanın adına səcdə edib, bayrağı öpüb: "Ocağa gəlişimin məqsədi həyatdan yüksək yaşamaqdır.Ocaqdan başqa çıxış yolu görmədim. Ocaqda insanın xilası üçün mütləq imkan var. Addım-addım ruhani imkanlarımı aşkarlayacağıma inanıram".
Bundan sonraruhanibaşçıevladlığa qəbul olunan Könül üçün"Ruhani Bəlgə"ni oxuyub:
"Türkün ilk Ruhaniyyat Ocağı-İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağı
Şərqli üçün(Ruhani Sənəd)
Könlümüz Şərqə bağlıdır. MahiyyətcəŞərqlidir Könlümüz. Atamız insanın urvatını da, insanın, insanlığın dirçəlib ruhani intibaha yetməsini də Şərqimizdə, yəni könüllərimizin qibləsində görürdü. Həya, ismət, müqəddəslik, ülvilikdirŞərqimiz. Bu məzmunun qulağında sırğa olması üçün Atamızın, Ocağımızın adından Şərqli adını sənə halal edirik.
Adını yaşat, adına məzmun qat.
Bundan sonraruhanibaşçı"Ruhani Sənəd"i Şərqliyə təqdim edib.
Şərqli Ata Ruhu qarşısında Evlad Andı içib: "Atam-Mütləqim! Qarşında and içirəm ki, Mütləqə İnam uğrunda, Kamil İnsan uğrunda, Müstəqil Vətən uğrunda, Ruhani Birlik uğrunda, Özümlü Şərq uğrunda, Ləyaqəti Bəşər uğrunda son nəfəsimə kimi ruhani mübarizə aparacağam. Ömrüm sənindir, Ata! Onu götür və istədiyin kimi sərf et. Ocağımızın odu sönməzdir! Andıma dönük çıxsam, özümü ölmüş hesab edərəm".
Ruhanibaşçı Ocaqçı Andının insani məsuliyyətinin əvəzsizliyi haqqında danışıb: "Ocaqçı and içirsə, o deməkdir, başqa cür yaşamağı mümkün deyil. Elə bir and yeri olmalıdır ki, daim Ocaqla xalq arasında ali ünsiyyət yaratsın. O ali ünsiyyət obrazıbayraqdır. Yüksək şəxsiyyət bayrağa çevrilir".
Şərqli daha sonra "Bayraq Andı" içib:
"Vətənimiz – Səmamızdır!
Vətən rəngli Bayrağıma And içirəm!
Ömrüm-günüm Atanındır – Amalındır!
Vətənimdə dalğalansın Bayrağımız!
İnsanımız – Səmamızdır!
İnsan rəngli Bayrağıma And içirəm!
Ömrüm-günüm Atanındır – Amalındır!
İnsanımda dalğalansın Bayrağımız!
Şərq Dünyası – Səmamızdır!
Şərqim rəngli Bayrağıma And içirəm!
Ömrüm-günüm Atanındır – Amalındır!
Şərqimizdə dalğalansın Bayrağımız!
Bəşəriyyət – səmamızdır!
Bəşər rəngli Bayrağıma And içirəm!
Ömrüm-günüm Atanındır – Amalındır!
Bəşərimdə dalğalansın Bayrağımız!
Ruhani Başçı "Bayraq Andı"nın mahiyyətini açıb, şərh edib.
Tədbirdə yazıçı-publisist Əlisahib Əroğul, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov, şair-publisist Vüqar Vaqifoğlu, şair Ayaz İmranoğlu, Yolnur Atalı çıxış ediblər.
Tədbirevladların "Atamız var olsun!", "Ata Ruhunu ürəyimizdə aparırıq!" səcdələri ilə başa çatıb.
Evladlığa qəbul törəninin sonunda Mütləqə İnambayrağı qarşısında xatirə şəkilləri çəkilib.
Tədbirdən sonra çay süfrəsi yörəsində doğmalaşma söhbətləri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB