Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada keçiriləcək simpoziumda iştirak edəcək
Almaniyanın Mayns şəhərində "Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi: Orta əsr qəhrəmanlıq dastanlarında universaliyalar və spesifik özünəməxsusluq" mövzusunda simpozium keçiriləcək.İyunun 8-dən 13-dək davam edəcək simpoziumda Azərbaycanı Bakı Slavyan Universitetinin (BSU) rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin rəhbərliyi ilə alimlərindən ibarət nümayəndə heyəti təmsil edəcək. Bu barədə SİA-ya BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev məlumat verib. Almaniyanın müxtəlif universitetlərindən olan alimlərin iştirak edəcəyi simpozium Azərbaycanın mədəni irsinin Avropada təbliği və elminin dünyaya inteqrasiyası, eləcə də Almaniya mədəniyyətinin ölkəmizdə daha yaxından öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB