10 saylı müəssisənin rəisi Fikrət İsmayılov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib. Hüquq-mühafizə orqanlarından SİA-ya verilən məlumata görə, ondan əvvəl 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elman Əlişirov və 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Nahid Xəlilov da təqaüdə göndərilib.
Ədliyyə orqanlarında qulluqkeçmənin son yaş həddi 55 yaşdır. Müəssisələrdə təqaüdə göndərilən rəisin səlahiyyətlərini müvəqqəti olaraq müavinləri həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB