Oktyabrın 17-dən 19-dək Azərbaycan torpaqşünaslarının III qurultayı keçiriləcək. SİA-nın xəbərinə görə, "Torpağı qoruyub özümüzü qoruyaq" devizi altında təşkil olunacaq tədbir AMEA-nın Biologiya Elmləri Bölməsi, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Torpaqşünasları Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Qurultayda bir çox xarici və yerli mütəxəssislərin iştirak edəcəyi nəzərdə tutulub. Tədbir çərçivəsində torpağın istifadə və qorunmasının müasir problemləri, torpağın fiziki xüsusiyyətləri, kənd təsərrüfatının çətin vəziyyətlərə uyğunlaşması problemləri, torpaqşünaslıqda və ətraf mühitin qorunmasında informasiya texnologiyaları, ekologiya və torpağın qorunması, erroziyaya qarşı torpağın bioloji qorunması və sair mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB