İstanbul-Mardin reysi ilə uçan təyyarə məcburi eniş edib - ŞOK

İstanbul-Mardin reysi ilə uçan təyyarə məcburi eniş edib - ŞOK

Türk Hava Yollarına aid İstanbul-Mardin reysi ilə uçan "Köyceğiz" adlı təyyarə Malatya Erhac hava limanına məcburi eniş edib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:15 radələrində 117 sərnişinlə havaya qalxan təyyarənin sağ ön şüşəsinin sındığı bəlli olub. Təcili eniş edən təyyarənin pilotu həmçinin sərnişinlərin Mardinə vaxtında çatdırılması üçün İstanbulla əlaqə yaradıb. Xəbər verilib ki, sərnişinlər qısa müddətdə başqa təyyarə ilə Mardinə çatdırılacaqlar.

Malatyada təyyarənin pəncərəsi yenisi ilə əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə