Şirvanda abadlıq, quruculuq, tikinti işləri davam edir. SİA-nın Aran bürosuna məlumat verən Şirvan şəhər İcra Hakimiyyətinin rəsmisi Kürdoğlu Muradov bildirib ki, hazırda şəhərin S.Vurğun parkında yenidənqurma işləri həyata keçirilir. Belə ki, 1400 kvadratmetr əraziyə metlax döşənir, 350 kvadratmetr ağ lay daşlardan divarlara və piləkənlərə üzlük çəkilir, 14 ədəd müasir 2 plafonlu işıq dirəyi qurulub. Bununla yanaşı, Heydər Əliyev parkında 420 metr uzunluğunda məhəccərlər sökülərək mərmərdən tikilir və üstünə qızılı rəngdə metal barmaqlıqlar quraşdırılıb.
Həmin məhəccərin kənarına piyadalar üçün salınan səkinin metlaxları dəyişdirilərək 700 kvadratmetrlik sahəyə yeni müasir tipli kərpic döşənir. Parkın işıqlandırma sistemi də tamamilə yenilib. Eyni zamanda M. Rəsulzadə prospektindəki istirahət parkındada köhnə hasar təzələnir, ağ lay daşlarla stunlar inşa edilir. H. Əliyev və M. Rəsulzadə prospektlərindəki 1960-cı ildə inşa olunan 16 yaşayış binasının dam örtüyü dəyişdirilir və fasad hissəsinə suvaq vurulur, balkonlar təmir edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB