Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən yubiley tədbirində iştirak etmək üçün Azərbaycanda olan FİFA prezidenti Yozef Blatter və AFFA prezidenti Rövnəq Abdullayev Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olub. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən xəbərə görə, tanışlıq Bakının, eləcə də Azərbaycanın ən möhtəşəm və sirli memarlıq abidəsi olan Qız Qalası ilə başlamış, Blatterə abidənin tarixi və burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumat verilib.
Yozef Blatter Almaniya-Azərbaycan matçında öz komandalarını dəstəkləməyə gəlmiş alman və yerli futbol azərkeşləri ilə xatirə şəkli çəkdirib.
Daha sonra Blatter A.Zeynallı küçəsində yerləşən ХV əsrdə tikilmiş və Şirvаnşаh I Хəlilullаh tərəfindən Bаkı sаkini Qаsım bəyə və оnun vаrislərinin istifаdəsinə vеrilmiş İkimərtəbəli Karvansara barədə məlumatlandırılıb. Qeyd edilib ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, qədim tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur.
FİFA prezidenti İçəri Şəhərin ən qədim məscidlərindən biri olan 1169-cu ildə ustаd Nəcəf Аşur İbrаhim оğlu tərəfindən inşа еdilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olub.
Sonda Yozef Blatter ötən il bərpa olunmuş "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – "İncəsənət Bağı"nda olmuş, burada ona və nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim edilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB