Gövhər Baxşəliyeva: “Bu gün başlıca məqsəd AMEA-nı dövlətin və cəmiyyətin real tələbatına cavab verən bir quruma çevirməkdir”
"Son proseslər onu göstərir ki, Azərbaycan elminin inkişafı, modernləşməsi, dünya elminə inteqrasiya etməsi üçün dövlətimiz əlindən gələni edir, görülən işlərdə alimlərimizi dəstəkləyir, fəaliyyətini yüksək qiymətləndirir və alimlər üçün hər cür şərait yaradır. Biz alimlərin də vəzifəsi Azərbaycan elmini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və elmimizi yeni-yeni zirvələrə qaldırmaq üçün işimizi daha yüksək səviyyədə qurmaqdır. SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib
ki, bu gün ən başlıca məqsəd AMEA-nı daha çevik, dövlətin və cəmiyyətin real
tələbatına cavab verən və gələcək inkişafına xidmət edən bir quruma
çevirməkdir. Onun sözlərinə görə, xüsusi diqqət elmin təşkilində çevikliyin
təmin olunmasına yetirilməlidir.
"Prezident İlham Əliyevin dəyərli nitqində qeyd etdiyi ən başlıca fikir – "müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir" - bu gün biz alimlərin, tədqiqatçıların əsas elmi amalına çevrilməli, fəaliyyətimizdə istinadgah olmalıdır. İnanırıq ki, hörmətli prezidentimizin dəfələrlə vurğuladığı və hazırda müstəqil ölkəmiz qarşısında duran ən ümdə vəzifə - "neft kapitalını insan kapitalına" çevirmək işində məhz Milli Elmlər Akademiyasının böyük elmi potensialı həlledici rol oynayacaq"- institutun direktoru vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB