Gəncə şəhəri turizm potensialına görə ölkənin nadir şəhərlərindən biri hesab olunur. Burada sözügedən sahənin inkişafı istiqamətində istənilən şərait olsa da, hələlik bu imkanlardan lazımınca istifadə olunmur. Yay aylarında turizm mövsümünə start verildiyindən qeyd olunan məsələ yenidən gündəmə gəlib. Hər il olduğu kimi, bu il də ölkənin ikinci böyük şəhərinin turizm imkanlarından nə dərəcə də faydalı şəkildə istifadə olunması diqqət mərkəzindədir.
Mədəniyyət və Turizm Nazirliyinin balansında fəaliyyət göstərən Gəncə Regional Turizm və İnformasiya Mərkəzinin direktoru Cumalik Rəhimovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, Gəncənin turizm marşrutu və xəritəsi hazırlanıb: "Bu xəritədə turistlərə harada dincəlməyin məqsədəuyğun olduğu açıq şəkildə göstərilir və şəhərin tarixi və mədəniyyətini əks etdirən bukletlər paylanılır.
Uzun illərdir ki, Hacıkənd qəsəbəsində turizmin inkişafı məqsədi ilə həyata keçirilməsi gözlənilən layihələr bu mövsüm də yarımçıq qalacaq. Dəfələrlə Hacıkəndə turizm komplekslərinin tikintisini aparılacağı bildirilsə də bütün deyilənləri elə söz olaraq eşidirik".
Cumalik Rəhimov da yuxarıda qeyd olunan fikirlərdən fərqli ancaq bir faktı bildirib: "Hacıkəndin turizm imkanlarının genişləndirilməsi ancaq ərazidə məcburi köçkünlərin köçürülməsindən sonra həyata keçiriləcək. Hacıkənd qəsəbəsində isə artıq mövsümə start verilib. Bundan öncəki mövsümlərdə olduğu kimi bu mövsümdə də istirahət mərkəzində yaradılan şərait müasir tələblərdən geri qalır. Burada əhalinin dincəlməsi üçün tikilən əksər köşklər, müxtəlif istirahət guşələri primtiv şəkildə hazırlanıb. Belə şəraitdə əcnəbilərin Gəncəyə, o cümlədən şəhərin əsas turizm potensialı olan Hacıkənd qəsəbəsinə üz tutması inandırıcı görünmür. Statistik məlumat olaraq onu da qeyd edək ki, turizm mövsümündə Hacıkəndə ən azı 10 mindən artıq turist gəlir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB