Nazir: “İqtisadiyyatda taxta materiallardan istifadəni dayandıra bilmərik”

Nazir: “İqtisadiyyatda taxta materiallardan istifadəni dayandıra bilmərik”

Azərbaycanda taxta materiallara olan tələbatı ödəmək məqsədilə ayrı-ayrı kənd təsərrüfatı torpaqlarında sürətlə böyüyən ağaclar yetişdirilə bilər. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

"Azərbaycanda ağac materialları çatışmazlığı var. Biz çalışırıq ki, yeni meşələrimizdən istifadə olunmasın, çünki onlar xüsusi kateqoriyaya aid meşələrdir. Eyni zamanda, iqtisadiyyatda taxta materiallardan istifadəni də dayandıra bilmərik. Demək, onda bu materiallar xaricdən gəlməlidir. Bu problemi həll etmək üçün ayrı-ayrı kənd təsərrüfatı torpaqlarında sürətlə böyüyən ağaclar yetişdirə bilərik. Bu sahədə Latviyanın təcrübəsindən istifadə edə bilərik", - deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə