Tədbiri giriş sözüylə Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı açıb: "Mütləqə İnam Ocağı hər il bu günü ənənəvi mərasimlə qeyd edir. Ata bəşərin aqibətinə düşmüş xilasdır. Onun insan uğrunda uca işi bəşəriyyət üçün fədakarlıq örnəyidir. Dünyanın, həyatın, insanın ali mənasını ifadə edən Müqəddəs Kitablar, Ocaq kimi ruhani qurum yaradan Atamız əslində ölməzdir. Biz deyirik ki, İnam Ata, ulusun sənin istədiyin kimi yaranmaqdadır. Atanın Mütləqə İnamı ilə güclüyük, yenilməzik".
Ocağın Ruhani Başçısı Safruh deyib: "Atanı 37 ildir tanıyıram, sevirəm, oxuyuram, öyrənirəm, haqqında söz deyirəm. İstəyirik ki, insanların, xalqın içində ruhanilik, həqiqətə sevgi, həqiqət qarşısında ayağını geriyə qoymaq halı yaransın. Atanın adıyla bağlı keçirilən tədbir, alınan nəfəs o istəyə xidmət edir. Biz buna nail olmaq cəbhəsindəyik. Buna çatmaqdan ötrü insan özünü yaratmalıdır, şüarçılıqdan çıxmalıdır, mənanı canlı insanlarda görməyi bacarmalı və sevməlidir".
Ruhani Başçı ötən bir ildə Ocağın gördüyü zəngin işlərdən də danışıb.
Tədbirdə "İnam Ata və ölümsüzlük", "İnam Ata və xalqı" mövzularında düşüncələr dinlənilib.
Yazıçı-publisist Əlisahib Əroğul Ataya sayğısını belə ifadə edib: "İkinci dəfədir ki, Atanın sonevini ziyarət edirəm. Atanın zəngin irsini öyrənirəm. Görürəm ki, Ata insan, xalq, bəşər uğrunda canından keçib".
Fəlsəfə elmləri doktoru, professor Adil Əsədov deyib ki, Asif Atanın kitabları onun həyatına önəmli təsir göstərib: "Filosof odur ki, o, yeni söz deməyə insanların həyatına yeni məna verməyə çalışır. Asif Ata İnam yaradıcısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB