Bu gün dahi rus şairi A.S. Puşkinin anadan olmasının 212-ci ildönümü qeyd olunub. SİA-nın xəbərinə görə, tədbir Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestva" cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, xalq yazıçısı Çingiz Abdullayev və media nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Respublika "Sodrujestov" cəmiyyətinin sədri Tatyana Kərimova tədbir haqqında danışıb. Onun sözlərinə görə, belə tədbirlərin həyata keçirilməsi Azərbaycan və Rusiya xalqları arasındakı dostluq, mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.
Tədbirdə söz alan Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S. Puşkinin doğum gününün və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirib. Daha sonra çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova şair haqqında danışıb. Onun fikrincə, Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir.
Xalq yazıçısı Çingiz Abdullayev çıxışında şairin yaradıcılığı haqqında söhbət açıb. "Puşkinin əsərləri görkəmli Azərbaycan şairi və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub. Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub".
Qeyd edək ki, tədbirdə ölməz şairin şeirləri Azərbaycan və rus dillərində səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB