SAM-ın dəstəyi ilə Türkiyədə kitab nəşr olunub

SAM-ın dəstəyi ilə Türkiyədə kitab nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və maddi dəstəyi ilə Türkiyədə "Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerji" adlı kitab nəşr olunub. SAM-dan SİA-ya verilən xəbərə görə, kitab Cənubi Qafqaz dövlətlərinin müstəqilliklərinin bərpasının 20 illiyinə ithaf olunaraq hazırlanmış və Cənubi Qafqaz dövlətlərinin siyasi, təhlükəsizlik və enerji əlaqələri açıqlanaraq gələcəkdə ehtimal olunan inkişaf ssenariləri analiz edilmişdir.

Kitabda Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Nazim Cəfərsoy, SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev, uzun illər Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzində çalışmış Kamil Ağacan, İstanbul Kadir Has Universitetinin dosenti Mitat Çelikpala, Bilkent Universitetinin müəllimi Necdət Pamir, Abant İzzet Baysal Üniversitetinin Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Kamer Kasım, QafqazSAM-ın rəhbəri Araz Aslanlı, TÜRKSAM-ın rəhbəri Sinan Oğan, Kırıkkale Üniversitetinin müəllimi Şenol Kantarcı və Kadir Has Üniversitetinin Rektoru Mustafa Aydın kimi tanınmış beynəlxalq münasibətlər üzrə mütəxəssislərin məqalələrindən ibarətdir.

Cənubi Qafqaz üzrə ekspertlərin birgə çalışmasının məhsulu olan kitab mövzuyla maraqlanan və bu sahədəki mütəxəssislər üçün əvəzedilməz qaynaq xüsusiyyəti daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə