Mərkəzi qərargahı Niderland Krallığının Amsterdam şəhərində yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) lll qurultayı iyun ayının üçüncü ongünlüyündə bu şəhərdə keçiriləcək.
SİA-nın azərtac-a istinadən verdiyi
məlumata görə, Respublikamız haqqında həqiqətləri, Ermənistan- Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları Benilüks ölkələrinin-
Hiderlandın, Belçikanın və Lüksemburqun əhalisinə çatdırmaq məqsədilə 2006-cı
ildə vətənpərvər azərbaycanlı Sahil Qasımovun təşəbbüsü ilə yaradılmış və
Avropa ölkələrindəki Azərbaycan təşkilatlarını öz ətrafında sıx birləşdirən
BAK-ın Nizamnaməsinə uyğun olaraq iki ildən bir keçirilən qurultayda təftiş
komissiyası hesabat verir, yeni idarə heyəti və konqresin sədri seçilir.
Qurultayda BAK-ın lobbiçilik istiqamətində strategiyası ətrafında geniş fikir
mübadiləsi aparılacaq və yeni vəzifələri müəyyənləşdiriləcək.
BAK-ın qurultayında Benilüks ölkələri rəsmilərinin, parlamentlərinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin məsul nümayəndələrinin, Azərbaycan-Niderland dostluq qrupu üzvlərinin, Milli Məclisin deputatlarının, Azərbaycanın Niderland və Belçikadakı səfirlərinin, qonşu ölkələrdəki diasporumuzun təmsilçilərinin, qardaş Türkiyənin Benilüks məkanındakı diaspor təşkilatlarının rəhbərlərinin və digərlərinin iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, BAK öz fəaliyyəti ilə artıq Avropa İttifaqında, Avropa Komissiyasında daha səmərəli işləməyə nail olub. BAK-ın Brüsseldə yerləşən Avropa Parlamentində təsis etdiyi " Lobbi işçi qrupu" bu siyasi qurumda artıq fəaliyyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB