Bugün hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bwrosundan verilən məlumata görə, bugün Bakıda hava arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Gündüz saatlarında əsəcək cənub küləyinin axşamadoğru şimal-qərb küləyi ilə əvəz olunacağı proqnozlaşdırılıb.
Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 24-28 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə