Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi

- Filosof Sokrat anadan olub (470)

- Vaşinqtonda Ağ Evin tikintisi başa çatıb. Prezident Con Adams ailəsi ilə birgə ora köçüb (1800)

- Osmanlı imperiyası Kiprin idarəçiliyini ingilislərə verib (1878)

- Birinci dünya müharibəsi. General Brusilovun komandanlıq etdiyi rus ordusu əks həmləyə keçib. Bu hadisəyə "Brusilov hücumu" adı verilib (1916)

- Batumda Azərbaycan Demokratik Respublikası ilə Osmanlı İmperiyası arasında dostluq haqqında müqavilə imzalanıb. Bu ADR-in xarici dövlətlə bağladığı ilk müqavilə idi (1918)

- Müğənni Fatma Mehrəliyeva anadan olub (1926)

- Kamança ustası Elman Bədəlov anadan olub (1929)

- İkinci dünya müharibəsi: Müttəfiq qoşunları Romaya daxil olub (1944)

- Kuba ABŞ-a məxsus şəkər fabrikləri və plantasiyalarını milliləşdirib (1959)

- Türk aktrisası Fəxriyyə Evcən anadan olub (1986)

- Ufa yaxınlığında keçmiş SSRİ tarixində ən ağır dəmir yol qəzası baş verib. Dəmir yol xətti yaxınlığından keçən neft kəmərinin partlaması nəticəsində 575 nəfər həlak olub, 600 nəfər xəsarət alıb (1989)

- Çin hökumətinin Pekində Tiananmen meydanında demokratiya istəyən tələbələr üzərlərinə ordu, tank və yürüşlərlə qətlə yetirilib. Bu hadisə Çindən kənara çıxmayıb (1989)

- Surət Hüseynovun rəhbərliyi ilə Gəncə hadisələri baş verib (1993)

- "Barmek"in keçmiş rəhbəri Hüseyn Arabul Azərbaycandan Gürcüstana qaçmaq istəyərkən yaxalanıb (2009)

Bütün xəbərlər Facebook səhifəmizdə