Bu gün hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin HidroMetreologiya Departamentinin Hidrometreoloji Proqnozlar bürosundan verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək, bəzi yerlərdə isə duman olacaq. Havanın temperaturana gəldikdə isə, Bakıda gecə 16-18°, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə