Bakı şəhər sakini X.Kərimova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edərək, 22 may 2011-ci il tarixdə oğlunun Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını bildirmiş və məsələnin araşdırılmasını xahiş edib.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Müvəkkilin tapşırığına əsasən, şikayətin araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək saxlanılan həmin şəxslə görüşmüş, onun saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar.
Ombudsman sözü gedən şəxsin zorakılığa məruz qalması ilə bağlı şikayətin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Baş prokuroruna və Daxili İşlər nazirinə məktubla müraciət edərək, şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq ekspertizanın keçirilməsini, zorakılığa yol vermiş şəxslərin müəyyən edilərək qanunvericiliyə müvafiq qaydada məsuliyyətə cəlb edilməsini və nəticəsi barədə məlumatların bildirilməsini xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB