X Respublika Universiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə qərarı ilə keçirilmiş ali məktəb tələbələrinin 10- cu Respublika Universiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Gənclik Tələbə İdman Cəmiyyəti Respublika Şurasının sədri Tofiq Xanəliyev və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan komitə sədri Səttar Mehbalıyev tədbir haqqında məlumat verib. Onun sözlərinə görə, bu il respublikamızın möhtərəm prezidenti cənab İlham Əliyevin tövsiyyələrini həyata keçirtmək məqsədi ilə gənclər arasında müntəzəm olaraq müxtəlif idman tədbirləri keçirilir. "Belə tədbirlərin biri də ənənəvi olaraq hər 2 ildən bir keçirilən tələbələrin Respublika Universiadasıdır. Universiada yarışlarının keçirilməsi Gənclik Tələbə İdman Cəmiyyətinə həvalə olunub",- deyə millət vəkili qeyd edib.
Tədbirdə söz alan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə öz fikirlərini dilə gətirib. O, bildirib ki, 1997-ci ildən idman Azərbaycanda sürətlə inkişaf etməyə başlayıb. "Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmağa şərait var. Torpaqlarımızın 20 % düşmən tapdağı altındadır. Torpaqlarımızı azad etmək siz gənclərin əlindədir. Siz bizim fəxrimizsiniz".
Sonda universiadanın qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB