Gənclər Təşkilatları Milli Şurası "VƏTƏNİ TANI" Ümumrespublika Kampaniyası çərçivəsində növbəti seçim turunu Neftçalada keçiriblər. SİA-nın verdiyi məlumata görə, yarışmadan əvvəl rayon təhsil, gənclər və idman idarələrinin əməkdaşları, məktəblilər, müəllimlərin iştirakı ilə açılış mərasimi keçirilib. Milli Şuranın regionlar üzrə departamentinin katibi və Cənub bölgəsi üzrə işçi qrupunun rəhbəri Ziya Ağayev bildirib ki, bu gün ölkəmizin torpaqlarının 20 faizi işğal altındadır. Hər birimiz Azərbaycanın ərazi bütövlüyü üçün əlimizdən gələni etməliyik. Bu Kampaniyanın məqsədlərindən biri də budur. Rayon təhsil şöbəsinin nümayəndəsi çıxış edərək gənclərə yarışmada uğurlar arzuladı. 150 Neftçalalı gənc kampaniyada iştirak etdi. Onlardan iki nəfər respublika turuna vəsiqə qazandı.
Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB