Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulu başlanıb

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulu başlanıb
Təhsil Nazirliyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq məqsədilə xarici ölkələrin ali məktəblərinə qəbul olunanların sənəd qəbulunu elan edib.


Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sənəd qəbulu elan edilən ixtisaslar bunlardır - informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, turizm, mühasibat uçotu.


Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları"na və "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya təhsil almağa dəvət (şərtsiz) almış Azərbaycan vətəndaşları iştirak edə bilərlər.


Müraciət üçün son müddət 20 avqust 2011-ci il tarixdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com