Ziyəddin Kazımov: “Dəniz suyunda aparılan tədqiqatların nəticələri yaxın 5 gün ərzində açıqlanacaq” - MÜSAHİBƏ

Ziyəddin Kazımov: “Dəniz suyunda aparılan tədqiqatların nəticələri yaxın 5 gün ərzində açıqlanacaq” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımovun SƏS TV-yə müsahibəsi


- Yay mövsümünü başlanması ilə əlaqədar olaraq sizin mərkəz tərəfindən çimərliklərdə gigiyenik-epidemioloji tədqiqatlar aparılır. Bunlar hansı formada həyata keçirilir?


- Ümumiyyətlə, dövlət sanitariya xidməti orqanı Səhiyyə Nazirliyinin təsdiqlədiyi təşkilati tədbirlər planına uyğun olaraq hə il öz işini qurur. Qarşıdan yay mövzusumü gəlir və çimərlik mövsumi başlayır. Bununla əlaqədar olaraq, tədbirlər planımıza müvafiq olaraq kifayət qədər işlər görmüşük. Oktyabrın 1-dək bu tədbirlər davam etdiriləcək. Birinci növbədə cənub zonasından başlayaraq şimal zonasına qədər bütün Xəzər dənizinin ətrafında yerləşən, eyni zamanda Abşeron yarmadasında olan çimərlik zolaqlarında özəl və dövlət sektoruna mənsub olan çimərlik zonaları sahələrində dəniz sularından laborator müayinələr götürmüşük. Həmin dəniz sularının bakterioloji, kimyəvi və radioloji müayinələrin aparılmasını həyata keçiririk. Bu il dəniz suyunun hərarətinin 17 dərəcədən aşağı olması ilə əlaqədar olaraq yay mövsümünün gec başladığına görə bu proseslərə bir az gec başladıq. Mayın 25-dən bu işlərə başlanıb, Qaradağ, Səbail, Suraxanı, Xəzər, Binəqədi və Sabunçu rayonlarının ərazisindən artıq dəniz suyunun laborator nümunələri götürmüşük. Hazırda bu nümunələr üzərində tədqiqatlar aparılır. Yaxın 5 gün ərzində aparılan tədqiqatların nəticələri barədə vətəndaşlara məlumat verəcəyik.

İşin digər istiqaməti isə həmin çimərlik zolaqlarında qanunsuz fəaliyyət göstərən ictimai iaşə obyektləri, ayrı-ayrı fiziki şəxsləri tərəfindən insanların səmərəli istirahəti zamanı onlar arasında baş verə biləcək qida zəhərlənmələrinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərdən ibarətdir. Həmin işlərlə məşğul olan insanlar ilk növbədə səhiyyə nazirinin əmrinə əsasən mütləq ilkin və dövrü tibbi müayinələrdən keçdikdən sonra əhaliyə iaşə xidməti göstərə bilərlər. Eyni zamanda, dövlət sektoruna daxil olan çimərliklərin ərazisində səmərəli istirahətin təşkili üçün kifayət qədər kölgəliklərin, stolların olması, sanitar ayaqyoluların təşkil olunması və orada yarana biləcək məişət tullantılarının qarşısının alınması, bir yerə toplanması və daşınması üçün müvafiq işlərimizi davam etdiririk.

Ötən il apardığımız belə monitorinqlərin nəticəsində Səbail rayonu ərazisində Şıx, Qaradağ rayonu ərazisində isə Sahil çimərliyindən bakteorioloji müayinələr nəticəsində aşkarlanan kifayət qədər bağırsaq çöplərinin çoxluğunu nəzərə alaraq, respublikanın baş sanitar həkiminin müavini tərəfindən həmin ərazilərdə vətəndaşların çimməsi qadağan olunub. Eyni zamanda, həmin qərarın icrası üçün yerli icra hakimiyyəti orqanlarına, Bakı şəhər İcra Hakimiyyətinə və hüquq-mühafizə orqanlarına həmin sənədlərin sürətini göndərmişdik. Bu il də iyunun 5-dək açıqladığımız nəticələrdən sonra bu müayinələrin təkrar götürülməsini təşkil edəcəyik və sonda hansı ərazilərdə vətəndaşların səmərəli istirahət etməısi, dənizdə çimməsi müvafiqdirsə, onlar barədə cəmiyyətə məlumat veriləcək.


- Dəniz mövsümünü açılmasından sonra nə qədər istəsək də insanların dəniz həvəsinin qarşısını almaq olmur. Razılaşmaq olarmı ki, gigiyenik zonalar riayət olunmayan zonalarda qoyulan inzibati tədbirlər zəifdir və öz keçəriliyini göstərə bilmir?


- Ümumiyyətlə, cəza tədbiri olaraq hansısa bir cərimə sanksiyasını tətbiq etməklə qanun pozuntusunun qarşısını almaq qeyri-mümkündür. Çünki bir rayon ərazisində qanunsuz olaraq iaşə xidməti göstərən şəxsin qarşısı alınır. İnzibati Xətalar Məcəlləsinin 68.1 və 68.2 maddələrinə əsasən fiziki şəxsə qarşı cərimə sanksiyası təşkil edilir və 200 manatadək cərimə olunur. Həmin şəxs qısa bir müddət ərzində bir rayon ərazisindən digər rayonun ərazisinə keçərək orada xidmət göstərməyə başlayır. Birinci bu işlə məşğul olan şəxsin məsuliyyəti daha vacibdir. O nəzərə almalıdır ki, əgər kobud şəkildə qanunun tələblərini pozursa, ilk növbədə özünün yox, insanların hüququnu pozur. Yəni, istehlakçının hüququnu pozmaqla insanlar arasında yoluxucu xəstəliklər yaratmasına real mənbə yaradır.

Biz bununla əlaqədar olaraq bir çox insanlara mətbuat vasitəsilə əlaqə yaradırıq və lazımi məlumatları çatdırırıq. Biz deyirik ki, insanlar çimərlik zolağında açıq şəraitdə heç bir avadanlığı, soyuducu olmayan yerdə qazlaşdırılmış suları içməsinlər. Lakin əfsuslar olsun ki, bəzi vətəndaşlar özləri bunu da bilə-bilə belə suları alıb içirlər. Bu proseslərə ilk növbədə vətəndaşlar şərait yaratmamalıdır. Artıq bizim qarşımızdakı qanunların tələbləri çox ciddidir. Qanunların tələblərinə ciddi riayət etmək üçün tədbirlər həyata keçiririk. Kimsə çimərlik zolağında qanunsuz, gigiyenik, sertifikatsız ərzaq məhsullarının, açıq qazlaşdırılmış suların satışını aparmaq olmaz, dondurmaların saxlanması üçün soyuducu avadanlığı yoxdursa, onun satışını aparmaq olmaz. Hətta bu şəraitlər olsa belə bəzi şəxslər sanitar-gigiyenik qaydalara riayət etmirlər. Qablaşdırılmış suların, soyuducu avadanlığı olmadan dondurmaların qızmar günəş altında satılması düzgün deyil. Hətta qida zəhərlənməsi zamanı aparılan araşdırmalar zamanı çətinliklərlə üzləşirik. Yay mövsümündə çimərliklərə gedən insanlar özləri ilə bostan məhsullarını aparırlar. Hər hansı bir qida zəhərlənməsi baş verirsə, biz müvafiq istiqamətlərdə işlərimizi aparmağa məcburuq. Bostan məhsullarının tədqiqatı aparılmalıdır ki, qida zəhərlənməsi nədən baş verib? Bir sözlə vətəndaşlar qidalanma rejiminə düzgün riayət etməlidirlər. Onlar qəbul etdiyi ərzaqların mütləq kim tərəfindən istehsal olunması, saxlanma müddətinə kimi bütün məsələlərin sorğusunu aparmalı idilər.


- Ötən il Sabirabad, Saatlı və İmişli zonalarında Kürün daşması nəticəsində antisanitariya vəziyyəti yaranmışdı. Bu antisanitariyanın yaradacağı fəsadlarn qarşısının alınması üçün mərkəz tərəfindən hansı işlər görülüb?


- Ötən il Kür çayının daşması ilə əlaqədar olaraq çay boyunca yerləşən bütün yaşayış məntəqələrində dövlətimizin tapşırığı əsasında bütün qurumlara aid səlahiyyətlərin öhdəsindən gəlmək üçün tədbirlər planı hazırlandı və bu işlər davam etdirildi. Mərkəzin üzərinə düşən vəzifələrdən biri o oldu ki, sel basmış ərazilərdə suyun çəkilməsi nəticəsində yaranan antisanitariya eyni zamanda, bu ərazilərdə yarana biləcək yoluxucu xəstəliklərin qarşısının alınması üçün profilaktik dizenfeksiyaedici tədbirlərin aparılması idi. Bu il də həmin məsələlər davam etdirilir. Bu gün mərkəzin rayon epidemiologiya və sanitariya şöbələri tərəfindən həmin ərazilərdə ciddi nəzarət aparılır. Eyni zamanda, orada ən vacib məsələlərdən biri vətəndaşların içməli su ilə təchizatı məsələsi idi. Bununla əlaqədar olaraq 45-dən artıq belə rayonların ərazisində yeni mobil qurğular quraşdırlıb ki, əhalini içməli su ilə təchiz olunsun. Bütün bu tədbirlərlə yanaşı Gigyena və Epidemiologiya Mərkəzinin kommunal gigiyena bölməsinin həkimləri tərəfindən mütəmadi olaraq içməli su nümunələri götürülür, kimyəvi, bakterioloji müayinələr aparılır, aşkar olunan nöqsanların qarşısının alınması üçün də müvafiq tədbirlər həyata keçirilir. Bu il də iş planına uyğun olaraq həmin ərazilərdə işlər davam etdirilir. Gələn il də bu işlər davam etdiriləcək. Bizim məqsədyönlü işimiz ondan ibarətdir ki, respublikanın vətəndaşları və gələn qonaqlar arasında heç bir qorxulu xəstəliklərin yayılması ehtimalı olmasın.


Bütün xəbərlər Facebook səhifəmizdə