Hillari Klintonun təbliğatçısı Qadın Parlamentində təlim keçib - FOTOSESSİYA
Qadın Parlamenti Azərbaycanda Qadın parlamentinin üzvləri üçün növbəti tematik sessiyalarını keçirib. Sessiya 2 tematik bloku gender bərabərliyi və qadınların gücləndirilməsi mövzusuna həsr edib.
Təlimləri Qadın Parlamentinin üzvlərinə ötən il ABŞ-da Prezident seçkilərində Hillari Klintonun təbliğat komandasının üzvü olmuş Avrasiya Fondunun (ABŞ) nümayəndəsi Sandra Vilet Cekson, Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan (Transparency International) şöbəsi olan "Şəffaflıq-Azərbaycan"ın icraçı direktoru Rəna Səfərəliyeva və Avrasiya Əməkdaşlıq Fondunun sabiq direktoru Camal Şahverdiyev keçib.
İki gün davam edən sessiyada Qadınların gücləndirilməsi: Çətinliklər və strategiyalar, Liderlik modelləri və keyfiyyətləti, Liderlik bacarıqları, tərəfdaşlıq formaları, üsulları və öhdəlikləri, şəbəkələşmənin növləri və formaları, Uğurlu şəbəkələşmə üçün biliklər və məsləhətlər mövzusunda təlim keçən S.V.Cekson bildirib ki, qadın liderlərdə əsas xüsusiyyət onların məqsəd və strategiyalarıdır. Onun sözlərinə görə, liderin təsirlilik gücü etik şəkildə həyata keçirib əldə etdiyi obyektiv nəticədədir.
Liderlik xüsusiyyətlərini şərh edən xanım Cekson qeyd edib ki, liderin ən vacib resursu vaxtdır: "Lider olmanın yolu elə də asan deyil. O vaxtı dəyərləndirməli, sədaqət, mübarizlik, natiqlik, etimadı doğrultma, seçim və qulaqasma bacarığı, qərar vermə, insanları arxasınca apara bilmə və digər bu kimi fərqli xüsusiyyətlərə malik olmalıdır".
Liderlik modellərindən danışan təlimçi keyfiyyətlər, bacarıqlar və komanda vermə xüsusiyyətlərinin önəmli olduğunu önə çəkərək konsensusun əldə edilməsi yollarından nümunələr gətirib: "Lider komandanın zəifvə güclü tərəflərini, eləcə də çətinliklərini bilməlidir. Kommunikasiya hamını bir araya gətirə bilər. Komandanin yaradılması və idarə edilməsində bəzən nəyəsə nail olmaq üçün kritik massa əldə etmək lazımdır. Komanda hamını işlədə bilər və bu liderin ugurudur"-,deyə o bildirib.
Təlim zamanı xanım Cekson liderin müxtəlif problemləri 30 dəqiqəyə həll etməsi təcrübəsini keçib. Qadın Parlamentinin üzvləri qrup halında dəyişikliklərin idarə olunması praktikasını nümayiş etdiriblər. Sandra Vilet Cekson Qadın Parlamentinin üzvlərinin işini yüksək qiymətləndirib: "Siz- Qadın Parlamentinin 25 üzvü- gözəl ilmələr vurulmuş rəngarəng xalçaya bənzəyirsiniz. Mən sizin bilik və bacarıqlarınızdan səmərəli istifadə etmənizi alqışlayıram".
"Şəffaflıq-Azərbaycan"ın icraçı direktoru Rəna Səfərəliyeva Qadın Parlamentinin üzvlərinə Etik Liderlik üçün Tövsiyyələr mövzusunda təlim keçib. O dünya praktikasindan nümunələr gətirərək bildirib ki, liderlər etika standartlarına uyğun hərəkət etməlidirlər. Təlimçi Əxlaq kodeksinin 10 işgüzar kodeksini izah edərək Qadın Parlamenti üzvləriylə fikir mübadiləsi aparıb.
Avrasiya Əməkdaşlıq Fondunun sabiq direktoru Camal Şahverdiyev isə parlament üzvlərinə Səmərəli Tərəfdaşlıq üçün Bilik və Məsləhətlər mövzusunda təlim keçib. O bildirib ki, qadınlar dahaçox ideya verdiklərindən tanınmış şirkətlər uğur əldə etmək üçün adətən daha çox qadın partnyorlara üstünlük verirlər.
Sessiyanın sonunda RİQC-in sədri Şəhla İsmayıl təlimçilərə Planşet təqdim edib və xatirə şəkli çəkilib
Xatırladaq ki, Qadın Parlamenti Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) BMT-nin Demokratiya Fondunun maliyyə dəstəyi ilə yaradılıb. Parlament Azərbaycanda qadın hüquqları və gender bərabərliyi vəziyyətinin araşdırılması, təhlili, təkminləşdirilməsi və inkişafı məqsədilə yaradılan və Azərbaycanın müxtəlif sahələri və çoxsaylı mövzular üzrə çalışan ölkənin tanınmış 25 qadınından ibarət bir qurumdur.
Qeyd edək ki, Qadın Parlamentinin rəsmi mandatı və ya statusu yoxdur. O, RİQC-in nəzdində fəaliyyət göstərən, qeyri-partiya formatında işləyən və rəmzi xarakter daşıyan bir qurumdur. Qadın Parlamentinin işi "Bərabərlik Haqqa Bərabərdir: Qadınlara Bərabərlik!" şüarı altında aparılır.
Qadın Parlamentinin işi əsasən ölkədə qadın hüquqları və gender bərabərliyi sahəsində mövcud olan vəziyyətinin öyrənilməsi, problemlərin aşkarlanması, həll yollarının araşdırılmasına, aşkarlanan nəticələrin bütün səviyyələrdə diqqətə cəlb edilməsi, müzakirəsi və həll olunması istiqamətində addımların atılmasına, yerli və beynəlxalq təşkilatların müsbət təcrübəsindən istifadə edərkən yeni mexanizmlərin tətbiq edilməsinə xidmət etməkdir.
Layihə müddətində mütəmadi plenar sessiyalar, silsilə tematik sessiyalar təşkil olunur. Layihənin gözlənilən nəticələrindən ayrı-ayrı sektorlara və qurumlara, o cümlədən Milli Məclisə və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyələrin, həmçinin BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğv Edilməsi üzrə Komitəsinə (CEDAW) hesabatın hazırlanması daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB