Gəncənin bəzi yanacaqdoldurma məntəqələri təhlükəsizlik tədbirlərinə cavab vermir

Gəncənin bəzi yanacaqdoldurma məntəqələri təhlükəsizlik tədbirlərinə cavab vermir

Bu gün Gəncə şəhərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin əksəriyyəti təhlükəsizlik tədbirlərinə cavab vermir. Hazırda Gəncə şəhərində təxminən 30-dan artıq yanacaqdoldurma məntəqəsi mövcuddur. Ancaq sözügedən məntəqələrin böyük əksəriyyəti yaşayış binalarına çox yaxın ərazidə yerləşir və insanlar üçün əsl təhlükə mənbəyidir. Çünki əvvəllər Gəncə şəhərində yanacaqdoldurma məntəqələrində partlayışlar qeydə alınıb. Ancaq xoşbəxtlikdən binalara ciddi ziyan dəyməyib. Gələcəkdə qəza hallarının baş verməməsinə isə heç kim zəmanət verə bilməz.

Məsələyə münasibət bildirən Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Eldar Qarayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, qeyd olunan məsələ istiqamətində adı çəkilən qurum tərəfindən müəyyən tədbirlər aparılıb. Bütün yanacaqdoldurma məntəqələrində texniki yoxlamalar aparılıb və qanun pozuntusu ilə bağlı göstəriş məktubları verilib. Təxminən 10-dan artıq yanacaqdoldurma məntəqəsinin rəhbərliyinə xəbərdarlıq edilib.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə