“70-80 yaşa qədər mənasız ömür yaşamaqdansa, 20-30 il yaşayıb, qəhrəman olmaq daha şərəflidir”
\"70-80 yaşa qədər mənasız ömür yaşamaqdansa, 20-30 il yaşayıb, qəhrəman olmaq daha şərəflidir. SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Aqil Abbas deyib. O bildirib ki, Azərbaycan torpaqlarının qorunması uğrunda 20 min cavan oğlan öz canlarını qurban verib. Onun sözlərinə görə, bu gənclər 20 min oğlanın vətənin, torpağın nə olduğunu hər kəsə anlatdı və onun yolunda ölməyin mümkün olduğunu hər kəsə sübut etdilər.
"Bu vaxta kimi milli qəhrəmanlar barədə bir çox kitablar yazılır, nəşrlər buraxılır. Amma bu istiqamətdə təbliğat, maarifləndirmə və yayma işlərini daha geniş şəkildə həyata keçirməliyik. Bu gün kitablar 300-500 nüsxə ilə çap olunur və bunun da 80%-i müəllifə, ətrafdakı insanların tanışlarına, yaxınlarına paylanır. Amma qəhrmanlar haqqında kitablar daha çox məktəblərə paylanmalı, onların təqdimatları tədris müəsisələrində təşkil olunmalıdır ki, bunlarda indiki gənclər də nəsə əldə edə bilsinlər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB