“Süni intellekt müasir həyatın bütün sahələrinə inteqrasiya olub“ - Musa Quliyev

“Süni intellekt dünya miqyasında cəmiyyətin sosial, iqtisadi, ictimai həyatında sürətli şəkildə özünü göstərməyə başlayıb”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, süni intellekt qabaqcıl texnologiya olmaqdan çıxaraq, həm də müasir həyatın bütün sahələrinə inteqrasiya olub: “Süni intellekt öyrənmə, ünsiyyət qurmaq formasını dəyişir. Dördüncü Sənaye İnqilabı ilə sosial-iqtisadi inkişaf artıq dünyada süni intelletk fonunda formalaşır. Əldə olunan nəticələr göstərir ki, süni intellekt əmək bazarının öyrənilməsi kimi bir çox mühüm sahələrdə uğurlu nəticələr göstərir. Lakin süni intellektin mənfi tərəfləri də nəzərə alınmalı və məxfiliyin qorunması təmin edilməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə