Miqrasiya Xidmətinin əməkdaşları etik davranış qaydaları barədə məlumatlandırılıb
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Etik davranış qaydaları və maraqların toqquşması” mövzusunda təlim təşkil edilib. Bu barədə SİA-ya Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib.Tədbirin əsas məqsədi əməkdaşların etik davranış normaları, peşəkar etika prinsipləri və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı məlumatlandırılması olub.
Təlimçi mütəxəssis Turqut Mustafayev iştirakçılara dövlət qulluqçularının etik davranış qaydaları, bu qaydalara əməl etməyin əhəmiyyəti, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi ilə bağlı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə