Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 23-ü saat 14:00-da qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışanlar onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 99) 786 77 86 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla oktyabrın 22-dək qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə