2025-ci ilin III rübündə yerüstü televiziya proqramlarının janr bölgüsü açıqlanıb

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi 2025-ci ilin üçüncü rübü ərzində (iyul, avqust, sentyabr) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. SİA xəbər verir ki, statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub: informasiya və analitik proqramlar 21,8 faiz, musiqi və əyləncəli proqramlar 17,2 faiz, idman proqramları 15,9 faiz, bədii filmlər və seriallar 15,2 faiz, reklam materialları 10 faiz, mədəni-maarif proqramları 8,1 faiz, anons və elanlar 3,6 faiz, sənədli filmlər və materiallar 3,3 faiz, sosial proqramlar 2,3 faiz, sosial çarxlar 1,4 faiz, uşaq proqramları və cizgi filmləri isə 1,2 faiz təşkil edib.

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə