Küləkli və yağıntılı hava şəraiti müşahidə edilir

Oktyabrın 10-u saat 18:00-a olan faktiki hava açıqlanıb.

SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Naftalanda 28, Tərtər, Goranboyda 27, Göyçay, Ağdamda 24, Mingəçevir, Bakıda və Abşeron yarımadasında 21, Şəki, Ağdamda 20, İsmayıllı, Zərdab, Bərdədə 18, Sabirabad, Şahdağda 17, Gədəbəy, Gəncədə 16, Kəlbəcərdə 15 metrədək güclənir.

Quba, Qusar, Şabranda isə arabir yağış yağır.

Bütün xəbərlər Facebook səhifəmizdə