Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri görülür

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası məqsədilə Xaçmaz rayonunun Yalama və Qaraçı kəndlərində həyətyanı sahələrə baxış keçirilib, feromon tələlər asılıb. Bu barədə SİA-ya agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, kənd sakinləri ilə maarifləndirici söhbətlər də aparılıb və qəhvəyi mərmər bağacığının biologiyası, ona qarşı mümkün mübarizə üsulları haqqında çap materialları paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə