Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında bağlanan nikahların sayı açıqlanıb. Bu barədə SİA-nın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında, ümumilikdə, 48 nikah rəsmiləşdirilib. Onlardan 20-si kişi, 28-i isə qadın olub.
Qeyd edək ki, ötən il bağlanan nikahların sayı 53 (25 kişi, 28 qadın) olub.
Bütün xəbərlər Facebook səhifəmizdə