Atamın taleyindən bixəbər olmağımıza görə, çox əziyyət çəkmişik...

İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik

“Atam Əhməd Məmmədov 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı itkin düşüb. O, polis əməkdaşı idi. Bu günə qədər onun yolunu gözləyirik”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusundakı beynəlxalq konfransda itkin şəhid Əhməd Məmmədovun qızı Sevinc Hacıyeva deyib.

O, fikirlərinə belə davam edib: “Atamın taleyindən bixəbər olmağımıza görə, çox böyük əziyyət çəkmişik. Torpaqlarımız alınandan sonra bu, bizim üçün böyük ümid olub. Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik. Dəfələrlə atamın itkin düşdüyü Şuşaya da getmişik. Bizdən DNT analizləri götürülüb və cavablarını gözləyirik. Üçüncü dəfədir ki, Azərbaycanda belə bir konfrans keçirilir. İstəyirik ki, itkin düşən azərbaycanlılar barədə məlumat əldə edilsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə