Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə kəndə 28 ailə (112 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79-a (158 nəfər) çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə