Metal əsaslı qablar və məmulatlarda saxlanılan qidalar təhlükəsizlik standartlarına tam uyğun olmalıdır - AQTA
Metal əsaslı qablar və məmulatlarda saxlanılan qidalar birbaşa insan sağlamlığına təsir göstərir. Bu səbəbdən məhsullar müvafiq təhlükəsizlik standartlarına tam uyğun olmalıdır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, yeni qaydalara görə, qida ilə təmasda olan metal materiallar sağlamlığa zərər verməməlidir.
Paslanmayan polad istisna olmaqla, bütün metallar qoruyucu örtüklə təmin edilməlidir. Alüminium, çuqun, sink və digər materiallar üçün xüsusi tələblər müəyyən olunub. Etiketlərdə istifadə qaydaları aydın və oxunaqlı göstərilməlidir.
“Bu tələblər sadəcə keyfiyyət göstəricisi deyil, qanuni məsuliyyətdir. Qaydaları yerinə yetirin, məhsulunuzu təhlükəsiz edin, istehlakçı etibarını qoruyun”, - deyə məlumatda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə