"Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi" sərgisi
Oktyabrın 5-də Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Çexiya Respublikasının paytaxtı Praqa şəhərindəki “Křížovnické náměstí” (“Xaçlı Meydanı”) meydanında "Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi" layihəsi çərçivəsində sərgi keçirilib. Bu barədə təşkilatın mətbuat xidmətindən SİA-ya daxil olan məlumatda deyilir ki, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, sərginin mövzusu repatriasiya — xaricdəki şəxslərin, o cümlədən hərbi qulluqçuların, ekspatların, qaçqınların, miqrantların, sığınacaq axtaranların könüllü və ya məcburi şəkildə mənşəcə olduğu öz yerlərinə və ya vətəndaşlıqları olduğu ölkələrinə qayıtması ilə bağlı olduğundan çox maraqlı alınıb.
Sədrin sözlərinə görə, sərginin əsas məqsədi də, deportasiya ilə bağlı sənədləri dünya ictimaiyyətinə çatdırmaqdan, həmçinin vandalizm və mədəni irsə qarşı hücumlar mövzusunda Praqa sakinlərinə və turistlərə ətraflı məlumat təqdim etməkdən ibarət olub.
“Layihənin əsas hədəfi isə, qaçqınların öz yurdlarına qayıdışı ilə bağlı beynəlxalq təcrübəni öyrənməyə, onların hüquqlarının müdafiəsi və məskunlaşdıqları ölkələrdə qarşılaşdıqları problemlərin həlli istiqamətində tövsiyələr verməyə istiqamətlənib”, — sədr xüsusi olaraq vurğulayıb.












Məlumata görə, bu sərgidə deportasiya ilə bağlı ingilis və çex dillərində hazırlanmış bukletlər, döş nişanları, Azərbaycan və Çexiya bayraqları, roll-up stendləri, kitab və kitabçalar nümayiş olunub. Xüsusilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin illərlə qoruyub, saxladığı Qərbi Azərbaycanla bağlı sərgi materialları böyük maraqla qarşılanıb. Həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq Baş direktoru Tahir Əmiraslanovun kitabları sərgi ziyarətçiləri tərəfindən xüsusi diqqətlə izlənilib.
Sərgini ziyarət edən qonaqlar arasında “Mədəniyyətlərarası Həyat üzrə Beynəlxalq İnnovativ Mərkəz – ‘Dünyanın Xalqları Alyansı’”nın rəhbəri Dr. Aleksandr Şapiro Suliman, onun dostu – Çexiyanın 2022–2023-cü illərdə təhsil naziri olmuş Vladimír Balaš, həmçinin Çexiya parlamentinin keçmiş senat üzvü Marcel Chládek də iştirak ediblər. Tədbirin keçirilməsində bir çox QHT-lər, xüsusilə Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni yaxından iştirak ediblər. Çexiyada fəaliyyət göstərən “Land of Fire” diaspor təşkilatının təsisçisi və Azərbaycan Diasporunun Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev, o cümlədən diaspor fəalları Murad Sadıqov, Rəşid Şıxəliyev, İmam Əzizov, Əli Ələşrəfov və digər gənclər də layihənin daha faydalı və səmərəli həyata keçirilməsinə hərtərəfli dəstək göstəriblər.
Verilən məlumatda o da qeyd olunur ki, sərgi zamanı maraqlı bir məqam da yaşanıb. Özlərini turist kimi təqdim edən iki nəfər erməni sərgiyə xüsusi bir maraq göstərib. Onlar fürsətdən istifadə edərək, sərgini izləməyə gələn qonaqlara Azərbaycan və xüsusilə Qərbi Azərbaycan haqqında yalan məlumatlar verməyə çalışıblar. Onlar Qərbi Azərbaycanın guya ermənilərə məxsus olduğunu və onların “öz torpaqlarından” — Dağlıq Qarabağdan qovulduqlarını bildiriblər. Onların bu cəhdlərinin qarşısı Beynəlxalq Diaspor Mərkəzinin fəalları və soydaşlarımız tərəfindən qətiyyətlə alınıb.
BDM-in Praqada keçirdiyi bu sərgi uğurla yekunlaşıb. Sonda iştirakçılar xatirə şəkilləri çəkdiriblər. Layihə çərçivəsində görüşlər və tədbirlər növbəti günlərdə də davam etdirilib.
Xəbər lenti
35 yaşından əvvəl siqareti tərgit!
Səhiyyə 19:49Çempionlar Liqası: KuPS – “Sabah” oyunu başlayıb
İdman 19:01Lukaşenkonun fiaskosu: Rusiya Belarusu süd məhsulları ilə doldurur...
İqtisadiyyat 18:51“Qəbələ” portuqaliyalı futbolçunu transfer edib
İdman 18:19Kremlin “asan” pulu tükənir...
Dünya 18:07Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Sosial 17:48Kirayə mənzil fonduna daha 184 mənzil əlavə olunub
İqtisadiyyat 17:44Hansı evləri icazəsiz tikmək olmaz? - VƏKİL AÇIQLADI
Sosial 17:20ABŞ-İran atəşkəsi: Müharibə danışıqları
Siyasət 16:50Görmə zəifliyini yaradan səbəblər
Səhiyyə 16:26Azərbaycan tarixinin yeni mərhələsi yazılır - TƏHLİL
Siyasət 16:24Rusiya üçün "ideal böhran"
Dünya 16:22ABŞ-İran müharibəsindən Çin layihəsi faydalandı
Dünya 15:48Aİ Paşinyandan bunu tələb edir
Siyasət 15:47Sahibə Qafarova Efiopiyada səfərdədir
Siyasət 15:30Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb
Siyasət 14:16Bakıda məhkumun gizlətdiyi tapança aşkarlanıb
Hadisə 12:36Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Sosial 12:35XİN Perunu Milli Günü münasibətilə təbrik edib
Siyasət 12:01Naxçıvanda şəhid övladlarının yay düşərgəsi başlayıb
Sosial 11:41Laçında səyyar "ASAN xidmət" təşkil olunub
Sosial 11:05Ölüm uzaqda deyil - KÖŞƏ
Sosial 10:19Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:07Azərbaycan nefti 95 dollara satılır
İqtisadiyyat 10:00Çindən gətirilən 2 tonluq məhsul məhv edilib - AQTA açıqlama yaydı
İqtisadiyyat 04:03Yanacaq böhranı Moldovanı da "vurdu"...
Dünya 03:05Türkiyədə bu məşhurların narkotestləri açıqlandı - ŞOK FAKTLAR!
Şou-Biznes 02:21Yunanıstanda zavod partlayıb, ölən və yaralı var
Dünya 01:04Azərbaycanın mədəniyyət naziri Pakistan səfiri ilə görüşüb
Mədəniyyət 00:21Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9327
-0,30%
-
GBP
2,2601
-0,42%
-
RUB
2,1806
-0,13%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
.jpg)
.jpg)
.jpg)
