65-ci iclas sosial rifahın artırılmasına, humanitar dəyərlərin təşviqinə xidmət edir - Musa Quliyev
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası bu təşkilata üzv ölkələrdə sosial rifahın artırılmasına, humanitar dəyərlərin təşviqinə, cəmiyyətdə heç kimin kənarda qalmamasına dair inklüziv dəyərlərin aşılanmasına xidmət edir. SİA xəbər verir ki, bunu QDİƏT PA-nın Sosial və Humanitar siyasət komitəsinin sədri, Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında çıxış edərkən deyib.
M.Quliyev qeyd edib ki, 65-ci iclas süni intellekt və sosial aspektlər mövzusuna həsr olunub: “Məlumdur ki, süni intellekt bütün dünyada geniş yayılmaqdadır. Ona görə də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ilə bağlı Sərəncam imzalanıb. Bununla bağlı hökumətə müvafiq tapşırıqlar verilib. Bu baxımdan da bugünkü iclasın süni intellekt mövzusuna həsr olunması təsadüfi deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə