Cəbrayılda Şəhər Günü təntənəli şəkildə qeyd edilib

İşğaldan azad olunmuş Cəbrayıl şəhərində artıq ikinci ildir ki, sakinlər Şəhər Gününü öz doğma yurdlarında bayram əhvali-ruhiyyəsi ilə təntənəli şəkildə qeyd ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Cəbrayıl Şəhəri Gününə həsr edilən "Qarabağ - obyektivdən tarixə" adlı sərgiyə baxış keçirilib. Fotosərgidə Qarabağa, Azərbaycan Silahlı Qüvvələrinə və Cəbrayıla həsr olunan fotolar yer alıb.

Sonra şəhərin balaca sakinləri üçün “face art” və interaktiv əyləncəli oyunlar təşkil edilib.

İncəsənət xadimləri konsert proqramı ilə şənliyə toplaşanlara xoş ovqat bəxş ediblər.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri Şəhər Gününə həsr olunmuş tədbirdə iştirak ediblər.

Qeyd edək ki, Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 4-də işğaldan azad olunub. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.

15:05

Cəbrayıl şəhəri iki ildir ki, doğma sakinlərinə qucaq açıb. Cəbrayıl Şəhəri Günü sakinlərin iştirakı ilə öz doğma yurdunda qeyd edilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbir Cəbrayıl Şəhəri Gününə həsr edilən "Qarabağ-obyektivdən tarixə" adlı sərgi ilə başlayıb. Daha sonra isə Cəbrayıl Şəhəri Gününə həsr edilən konsert proqramı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə