Cəbrayılda 880-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıl rayonuna köçürülmüş 880-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib. SİA xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, indiyə qədər rayonda 811 nəfərin məşğulluğu təmin edilib, onlardan 40 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb.

Məlumata görə, 72 Cəbrayıl sakini isə peşə kurslarına cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə